“Saudi Aramco”nun baş ofisi təxliyə edildi – 4 nəfər ölüb
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” Dəhran şəhərində yerləşən baş ofisinin təxliyə edilməsi və əməkdaşların məsafədən iş rejiminə keçirilməsi barədə göstəriş verib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Bildirilib ki, qərar Səudiyyə Ərəbistanına qarşı hücumların intensivləşməsi fonunda qəbul edilib.
Oktyabrın 13-də husilərin hücumu nəticəsində şirkətin Dəhrandakı baş qərargahına ciddi ziyan dəyib. Binanın bir neçə mərtəbəsində yanğın baş verib.
Bundan başqa, son günlər Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanı və Şeybə neft yatağı yaxınlığında hücumlar qeydə alınıb.
Bu hadisələr nəticəsində ümumilikdə dörd nəfər həlak olub, səkkiz nəfər yaralanıb.
Şirkətin baş ofisinin təxliyəsi İran ətrafında müharibə başlayandan bəri qəbul edilən ilk belə qərar kimi qiymətləndirilir.
Təxliyənin nə qədər davam edəcəyi və əməkdaşların ofisə nə vaxt qayıdacağı hələlik məlum d
18:13 22.10.2026
Oxunuş sayı: 56