Gəncədə iki avtomobil toqquşdu – 3 nəfər yaralandı
Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alnıb.
Qəsəbə ərazisində iki avrtomobilin toqquşması nəticəsində Lyudmina Məmmədova (1961), Səkinə Məmmədova (1990) və Sevinc Mehdiyeva (1991) müxtəlif bədən xəsarətləri alaraq şəhərdəki xəstəxanalardan birinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.(Report)
17:23 22.10.2026
Oxunuş sayı: 51