Zelenski Putinlə birbaşa görüş təklif edib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin cəbhədəki vəziyyətlə bağlı yanlış məlumatlandırıldığını iddia edərək ərazi məsələlərinin liderlər səviyyəsində müzakirəsini təklif edib.
Crossmedia.az xəbər verir ki, Volodimir Zelenski bu barədə noyabrın 10-da jurnalistlərə açıqlamasında bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya nümayəndələri Əbu-Dabidə keçirilən danışıqlar zamanı Donbasın Ukraynanın nəzarətində olan ərazilərinin yarısını ələ keçirdiklərini iddia ediblər. Lakin Ukrayna tərəfi bu məlumatları təkzib edərək həmin ərazilərin Kiyevin nəzarətində olduğunu göstərən sübutlar təqdim edib.
“Putin başqa reallıqda yaşayır. Əlbəttə, o, amerikalılara Ukraynanın şərqini tamamilə işğal etmək üçün bir-iki ay vaxt lazım olduğunu deyəcək. Mən də ona Rusiyanı tamamilə işğal etdiyimi göstərən bir mənzərə çəkə bilərəm. Amma bu, həqiqət deyil”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, ABŞ nümayəndələri cəbhədəki vəziyyətlə bağlı Ukrayna tərəfinin qiymətləndirməsini təsdiqləyiblər.
Zelenski ərazi məsələlərinin həlli üçün birbaşa liderlər səviyyəsində danışıqların vacibliyini vurğulayıb.
“Məhz buna görə də liderlər səviyyəsində bir araya gəlib danışmalıyıq”, – deyə o əlavə edib.
10:27 11.11.2026
Oxunuş sayı: 41