Basketbol millimiz bu gün İsveçrə ilə qarşılaşacaq
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayacaq.
Crossmedia.az xəbər verir ki, yığma A qrupunun ilk matçında Bakıda İsveçrə kollektivi ilə üz-üzə gələcək.
Milli Gimnastika Arenasındakı görüş saat 15:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan komandası noyabrın 14-də İrlandiya millisini qəbul edəcək.
09:31 11.11.2026
Oxunuş sayı: 43