Rusiyada 146 PUA vurulub
Rusiyanın Leninqrad vilayətində hava hücumundan müdafiə qüvvələri tərəfindən 146 pilotsuz uçuş aparatı (PUA) vurulub.
Crossmedia.az xəbər verir ki, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bu barədə məlumat yayıb.
Qubernatorun sözlərinə görə, noyabrın 11-nə keçən gecə bölgə kütləvi PUA hücumuna məruz qalıb.
Hücum nəticəsində Ust-Luqa limanında yanğın baş verib. Ərazidə yerləşən transformator yarımstansiyasının fəaliyyəti də müvəqqəti dayanıb.
Bundan əlavə, təhlükəsizlik tədbirləri çərçivəsində Sankt-Peterburqun “Pulkovo” hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
10:20 11.11.2026
Oxunuş sayı: 42