“Ordu” bu gün Norveç klubu ilə qarşılaşacaq
Kişi voleybolçulardan ibarət "Ordu" komandası CEV Çelenc Kubokunda bu gün ilk oyununa çıxacaq.
Crossmedia.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 finalda Norveçin "Forde VBK" kollektivinin qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Tərəflər arasındakı cavab görüşü noyabrın 19-da, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
10:02 11.11.2026
Oxunuş sayı: 47