Hərbi sənaye

"Pakistan Ordusu təkcə müdafiə sahəsində deyil, eyni zamanda milli inkişafda da böyük rol oynayaraq, səhiyyə, təhsil, kənd təsərrüfatı, infrastruktur və turizmin inkişafı kimi sahələrdə önəmli töhfələr vermişdir".

Bu barədə Crossmedia.az-a açıqlamasında Pakistanın Ortaq Gələcək Araşdırma Mərkəzinin (PRCCSF) icraçı direktoru Xalid Teymur Əkrəm məlumat verib. Onun sözlərinə görə, Pakistan hərbçiləri müasir texnologiyadan istifadə edərək və mütəxəssislər hazırlayaraq, həm hərbi, həm də mülki sektorlara dəstək verməyə davam edir: "Pakistan Ordusu səhiyyə sektorunda öz imkanlarını genişləndirərək, hərbi qulluqçularla yanaşı mülki əhaliyə də yüksək keyfiyyətli tibbi xidmətlər göstərir. Müasir texnologiya ilə təchiz olunmuş hərbi xəstəxanalar və tibbi mərkəzlər müxtəlif ixtisaslaşdırılmış müalicələr təqdim edir. Ordunun mobil tibb qrupları ucqar bölgələrə səfərlər edərək əhaliyə profilaktik tibbi xidmətlər göstərir və təcili yardımla təmin edir".

Xalid Teymur Əkrəm dedi ki, təhsil sahəsində də Pakistan Ordusu mühüm addımlar atıb. Ordunun idarə etdiyi Pakistan İctimai Məktəblər və Kolleclər Sistemi ölkə daxilində geniş yayılıb və müxtəlif sosial-iqtisadi təbəqələrdən olan şagirdlərə keyfiyyətli təhsil təqdim edir. Eyni zamanda Milli Elm və Texnologiya Universiteti (NUST) və Milli Müasir Dillər Universiteti (NUML) kimi qabaqcıl təhsil müəssisələri də ordunun dəstəyi ilə yaradılıb və bu təhsil ocaqları gələcəyin liderlərini yetişdirir.

Pakistan Ordusu Azərbaycanın strateji tərəfdaşı olaraq, daim qardaş ölkəyə hərbi, iqtisadi və humanitar sahələrdə dəstək verməyə hazırdır. İki ölkə arasında mövcud olan güclü dostluq əlaqələri tarixi, mədəni və siyasi birliyi əks etdirir. Pakistanın Azərbaycana qarşı dəstək siyasəti, xüsusilə hərbi əməkdaşlıq sahəsində, regional təhlükəsizliyi və sabitliyi təmin etməyə yönəlib.

Həmsöhbətim qeyd etdi ki, Pakistan Ordusunun Baş Qərargah rəisi General Asim Munirin rəhbərliyi altında, ordu ölkə daxilində olduğu kimi, beynəlxalq arenada da fəal iştirak edir. Onun strateji liderliyi və idarəetmə bacarığı sayəsində Pakistan Ordusu, yalnız milli təhlükəsizliyi təmin etməklə kifayətlənmir, eyni zamanda sülh və sabitliyin qorunmasına da öz töhfəsini verir.

Xalid Teymur Əkrəm sonda qeyd etdi ki, Pakistan Ordusunun Azərbaycanın hərtərəfli inkişafına verdiyi dəstək iki qardaş ölkə arasında güclü bağların möhkəmlənməsinə şərait yaradır. Bu əlaqələr gələcəkdə də davam etdirilərək, hər iki xalqın rifahına və tərəqqisinə töhfə verəcəkdir. Pakistan Ordusu, Azərbaycanla olan strateji tərəfdaşlığı genişləndirmək və bu qardaş ölkənin inkişafına öz töhfəsini artırmaq məqsədilə sadiqliyini və qətiyyətini nümayiş etdirir.

Əsli Telmanqızı

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il