Elm və təhsil

Qərbi Kaspi Universitetinin ev sahibliyi etdiyi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Dendrologiya Bağı" publik hüquqi şəxsin də həmtəşkilatçılığı ilə “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” adlı 2-ci Beynəlxalq Konfrans keçirilib.

Crossmedia.az-ın xəbərinə görə, 25 ölkədən yüzlərlə xarici qonağa ev sahibliyi edən konfransın məqsədi dünya səviyyəsində dağlıq ərazilərlə bağlı müxtəlif problemlərin həll yollarını müzakirə etmək, yaradıcı alimləri, turizm mütəxəssislərini və bu məsələlərə marağı olan hər kəsi bir araya gətirməkdir.

Beynəlxalq səviyyədə geniş əhatə dairəsinə malik olan bu konfrans dağlıq ərazilərdə mövcud problemlərin həll yollarını araşdırmaq, dağ ekosistemlərini qorumaq və onların davamlı inkişafını təmin etmək məqsədilə təşkil edilib. 

Tədbir dünyanın dörd bir yanından gələn alimləri və tədqiqatçıları bir araya gətirməklə yanaşı, bu sahəyə marağı olan hər kəs üçün iştirak imkanı yaradır. Konfrans həm əyani, həm də distant iştirak formatında keçirilib.
Konfransın əsas müzakirə mövzuları dörd paneldə təqdim olunub:
1.    Qlobal dağ bioloji müxtəlifliyin qiymətləndirilməsi
2.    Qlobal ekoloji problemlər
3.    Dağ mədəniyyətləri
4.    Dağ turizmi və iqtisadi təsirlər
Konfransda təqdim olunmuş məqalələr, Scopus və Web of Science elmmetrik bazalarında indeksləşəcək.
Tədbirdə Dağ Əməkdaşlığı Proqramının koordinatoru Sara Manuelli, Müasir Dağ Araştırmaları tədqiqatçısı Meri Sanseverino, Antverpen Universitetinin doktoru, tədqiqatçı Jan Cools, Yaponiya Olimpiya Assosasiyasının keçmiş prezidenti Simon Seiichiro Maru, “Machaon International” Təşkilatının direktoru Svetlana Belova kimi beynəlxalq səviyyədə tanınan tədqiqatçıların da fəxri qonaq kimi iştirak edib. 

Eyni zamanda Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, Çin və digər 20 ölkədən qonaqlar konfransda yer alıb.
Ətraf mühitin mühafizəsi, dağ turizmi və dağ mədəniyyətlərinə önəmli töhfələr verməyi hədəfləyən bu beynəlxalq tədbirin dağ ekosistemlərinin mühafizəsi və ətraf mühitin qorunması yönündə önəmli addım olacaq.

Konfransın panel bölümündə “Dendrologiya bağı” publik hüquqi şəxsin “Dendroxornologiya laboratoriyası”nın aparıcı mütəxəssisi Aydan Ağamalıyeva “Acer L cinsinə aid bəzi növlərin Hirkan florasında dendroxronoloji üsullarla muqayisəli tədqiqi” mövzusunda çıxış edib. 

Təqdim olunan məqalədə növlərin yaşı, iqlim amillərinin növlərə təsiri müasir avadanlıqlar və proqramlar vasitəsilə müəyyənləsdirilmiş və inkisaf dinamikası qeyd olunmuşdur.

 

 

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il