Gündəm

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları, YAP idarə heyətinin üzvləri, qazilər iştirak ediblər.

YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, Böyük Qayıdış Proqramı çərçivəsində ərazilərin minalardan təmizlənməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, iqtisadi fəaliyyətin bərpası və digər istiqamətlərdə atılan addımlar dayanıqlı məskunlaşmanın, o cümlədən müasir standartlara uyğun yüksək keyfiyyətli həyat şəraitinin təmin olunmasına əlverişli zəmin yaratmaqla bərabər, sosialyönümlü iqtisadiyyatın inkişafı baxımından da əhəmiyyətlidir:

"Qarabağ və Şərqi Zəngəzurun potensialından istifadə olunması nəinki həmin bölgələrin yüksəlişi, bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm perspektivlər yaradır. Nəhayət, dövrümüzün aktual çağırışlarından biri kimi işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” konsepsiyası əsasında ekoloji təmiz texnologiyaların tətbiqi, “yaşıl iqtisadiyyata” keçid, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı fəal mübarizə çərçivəsində “yaşıl dünya” naminə təşəbbüslərin reallaşdırılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi üçün son dərəcə əhəmiyyətlidir".

O bildirib ki, Böyük Qayıdış 30 il ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən Azərbaycan xalqının ən böyük arzularından idi: "Bu gün iftixarla qeyd edirik ki, Heydər Əliyev yolunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər nəticəsində soydaşlarımızın arzuları gerçəkliyə çevrilir - Böyük Qayıdış prosesi uğurla reallaşdırılır. Bu proses tarixi ədalətin bərpasının təzahürü olmaqla bərabər, müasir beynəlxalq münasibətlər sisteminin layiqli və məsuliyyətli üzvü olan Azərbaycanın dünyada imicinin möhkəmlənməsinə xidmət edir və xalqımızın təntənəli Zəfər yürüşünün davam etdiyini göstərir".

YAP sədrinin müavini - icra katibi Əli Əhmədov qeyd edib ki, Azərbaycanın əldə etdiyi zəfərin böyük beynəlxalq əhəmiyyəti var.

O bildirib ki, Azərbaycan bu zəfərlə həm də beynəlxalq sülh və əməkdaşlığa töhfə verdi: "Eyni zamanda Azərbaycan fərqli bölgələrdə baş verən qanlı toqquşmalardan dinc yolla çıxmağın yolunu göstərdi. Azərbaycan haqsızlığa qarşı mübarizə apamağın və bunun qələbə ilə başa çatmasının yolunu göstərdi.

Əldə olunan nailiyyət həm də Azərbaycanın güclü iqtisadiyyatının qələbəsidir. Qələbə rolu olan başqa bir amil Azərbaycan ordusudur. Azərbaycan ordusu torpaqlarını işğaldan etmək gücündə olduğunu sübut etdi. Dörd il əvvəl qazanılan qələbə həm də Azərbaycanın milli ruhunun qələbəsidir".

report

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il