Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Rafael Qrossi nüvə enerjisinin COP29 gündəliyi çərçivəsində mühüm rolunu vurğulayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, müsahibəsində o, iqlim dəyişikliyi ilə mübarizəyə yönələcək mümkün razılaşmalar barədə nikbinliyini ifadə edib və qeyd edib ki, Dubayda keçirilən COP28-də qəbul edilmiş qərarlar həyata keçirilməyə başlanmalıdır.
Qrossi, həmçinin, ölkələrin iqtisadi, sosial və əmək aspektlərini nəzərə almalı olduğu karbonsuz gələcəyə keçid üçün balanslaşdırılmış yanaşmanın vacibliyini vurğuladı. O əlavə edib ki, nüvə energetikası bu prosesdə daha qabarıq rol oynamalıdır və MAQATE-nin məhz bu məqsədlə beynəlxalq müzakirələrdə fəal iştirak etdiyini açıqlayıb.
Gültac Mehdizadə