COP29 iştirakçıları BMT-nin himayəsi altında ümumi karbon bazarı üçün standartları ratifikasiya etdilər.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, Bakıda keçirilən COP29 Konfransının iştirakçıları BMT-nin himayəsi altında karbon bazarının standartları ilə bağlı razılığa gəliblər.
UNFCCC-nin icraçı katibi Saymon Stil tərəflərin mərkəzləşdirilmiş karbon bazarı üçün güclü standartlara razılaşdıqlarını və bunun mühüm addım olduğunu söylədi.
O qeyd edib ki, sazişlər “BMT-nin gizli bürokratiyası” deyil və iqlim məqsədlərinə daha ucuz nail olmağa yönəlib.
Həmçinin Stil emissiyaların tənzimlənməsi və karbon vahidlərinin ticarəti üçün mexanizmləri nəzərdə tutan Paris Sazişinin 6-cı maddəsini yekunlaşdırmağa çağırıb.
Gültac Mehdizadə