Misirdə avtomobil qəzasına düşmüş azərbaycanlı ailə (3 nəfər) ilə Misirdəki səfirliyimiz tərəfindən əlaqə saxlanılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə bildirib ki, həmvətənlərimiz yüngül xəsarətlər alıblar.
“Vəziyyətləri yaxşıdır. Artıq mehmanxanadadırlar və heç bir şikayətləri yoxdur", - deyə A.Hacızadə bildirib.
trend