Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Crossmedia.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.