Gündəm

İsveçrə xaric olmaqla, demək olar ki, bütün dövlətlər bu və ya digər formada qazıntı yanacaqlarını istehsal edən ölkələr olublar.

Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 konfransı kluarlarında jurnalistlərə açıqlamasında deyib.

"Ümumiyyətlə, qazıntı yanacaqları ilə əlaqədar əgər bir tərəfdən təklif varsa, digər tərəfdən də tələb var. Demək olar ki, Konvensiyanın üzvü olan bütün tərəflər qazıntı yanacaqlarının istifadəçisidirlər. Burada biz yenə ucuz xarakterli, bir qədər populist elementləri görürük. Qazıntı yanacaqları da mövcud dünyanın tərkib hissəsidir, Real dünyanın tələbatları var. Təbii ki, iqlim dəyişikliyinə mənfi təsir göstərməsi faktdır. Bunun qarşısını almaq üçün birgə səylərlə çalışmaq lazımdır, nəinki bu qəbildən olan ucuz, mahiyyət daşımayan müzakirələrlə. Bizdən əvvəl Avropa ölkələri bu konfransa ev sahibliyi edib. Məsələn, götürək Polşanı. Polşa bu gün dünyada ən çox kömür istehsal edən ölkələr sırasındadır.  Böyük Britaniyada Qlazqoda keçirilib. Qlazqo dünyada ən çox kömür istehsal edilən yerlərdən biridir. Ona görə də burada qarşılıqlı ittihamlar yox, nəticəyönümlü müzakirələrə töhfə vermək lazımdır", - o deyib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il