Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. Bu barədə Türkiyə XİN sözçüsü Öncü Keçeli “X”dəki hesabında bildirib.
O, qeyd edib ki, danışıqlarda Qəzzada baş verən son hadisələr, Livandakı proseslər və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin mövcud vəziyyəti müzakirə olunub.