Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 11-13-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında (COP29) iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Kobaxidzenin Prezident İlham Əliyevlə təkbətək görüşü gözlənilir.