Gündəm

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Sülh və yaşıl dünya naminə müstəmləkəçiliyə son!” adlı aksiya keçirilib.

Crossmedia.az xəbər verir ki, aksiyada Fransanın müstəmləkəsində olan ada ölkələrin fəalları iştirak ediblər. Onlar bu aksiya ilə Fransaya mesaj göndərdiklərini bildiriblər. Qeyd edilib ki, Qvineya Cənubi Amerikada müstəmləkə altında olan yeganə ərazidir. Aksiya iştirakçıları ölkələrin 2024-cü ildə Fransanın müstəmləkəsində olmasına etirazlarını bildiriblər. Fransanı müstəmləkə siyasətinə son qoymağa çağırıblar. Fransanın müstəmləkəçiliyi olan yerlərin BMT-nin dekolonizasiya edilməli ərazilər siyahısına salınması tələb edilib. Həmçinin müstəmləkə altındakı ərazilər üçün iqlim dəyişikliyi sahəsində ədalət tələb olunub.

Aksiya iştirakçıları “Sülh və yaşıl dünya naminə müstəmləkəçiliyə son”, “Gecikən ədalət, inkar edilən ədalətdir”, “Təhsili, fikirləri müstəmləkədən azad edək!”, “Müstəmləkəçiliyə yox deyək!” kimi şüarlarla keçirilən dinc aksiyada etirazlarını ifadə ediblər.

 

 

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il