Bakıda keçirilən COP29 sammitində BMT-nin Baş katibi Antonio Quterreş dünya liderlərini iqlim dəyişikliyinin yaratdığı humanitar fəlakətlərin qarşısını almaq üçün “ödəməyə” çağırıb.
Crossmedia.az xəbər verir ki, o, xəbərdarlıq edib ki, artan qlobal temperaturu məhdudlaşdırmaq üçün vaxt daralır və təmiz enerji mənbələrinə keçid üçün yüz milyardlarla dollar lazımdır.
200-ə yaxın ölkəni birləşdirən Bakıda keçirilən COP29 sammitində əsas diqqət iqlimin maliyyələşdirilməsinə yönəlib.
O vurğulayıb ki, ölkələr lazımi vəsait ayırmasalar, bunun bədəlini bəşəriyyət ödəyəcək.
Gültac Mehdizadə