Gündəm

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 20-də şəhərsalma sahəsinə cavabdeh nazirlərin iclası təşkil ediləcək.

Crossmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Onun sözlərinə görə, iclas 4 paralel dəyirmi masa ilə davam edəcək: "Nazirlər, şəhər rəhbərləri iqlimə təsir göstərə biləcək məsələlərlə bağlı müzakirələr aparacaq".

Sədr qeyd edib ki, iclasda Azərbaycanın irəli sürdüyü yeni təşəbbüs təqdim ediləcək: "Təşəbbüs Çoxsəviyyəli Fəaliyyət Proqramını nəzərdə tutur".

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il