Gündəm

Dünyanın ən nüfuzlu media orqanları BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) açılış sessiyasını və bu tədbirdə əldə olunan mühüm nailiyyətləri geniş şəkildə işıqlandırıb.
Beynəlxalq media bu konfransın həm iqtisadi, həm də ətraf mühit baxımından əhəmiyyətini vurğulayıb. 

Crossmedia.az xəbər verir ki, Türkiyənin “Sabah” qəzetində qeyd edilir ki, bu konfransın ölkəmizdə keçirilməsi səbəbilə Türkiyə  bizə dəstəkdir:
“Zirvənin qardaş ölkə Azərbaycanda keçirilməsi səbəbindən Türkiyə konfransa ciddi dəstək verir. Türkiyənin Uzunmüddətli İqlim Dəyişikliyi Strategiyasının yol xəritəsi COP29-da açıqlanacaq. Zirvə gündəmində isə iqlim maliyyələşməsi ilə bağlı məsələlər önə çıxır. İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə verdiyi iqlim maliyyəsi olaraq, 2015-ci ildə müəyyən edilən 100 milyard dollar məbləğinin yenidən nəzərdən keçirilməsi gözlənilir”.

"The Guardian" nəşrinin məqaləsində COP29-da qəbul edilən qərarlar qlobal iqlim siyasətinin gələcəyini müəyyənləşdirən əhəmiyyətli addım olduğu vurğulanıb:

“Konfransda müzakirə olunan əsas məsələlərdən biri, karbon kreditlərinin ticarətinin daha şəffaf və ədalətli bir şəkildə həyata keçirilməsi üçün beynəlxalq standartların müəyyənləşdirilməsi idi. Bu qərar, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin iqlim məqsədlərinə çatmasına dəstək verəcək”.

Qazaxıstanın xəbər agentliyi olan “Kazinform” tədbir barədə məlumat verilib. Bildirilib ki, 190-dan çox ölkədən 40,000-dən çox iştirakçı ilə keçirilən bu tədbir iqlim dəyişikliyi ilə mübarizənin önəmli bir mərhələsini təşkil edir. COP29-un əsas mövzusu inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin artırılması olacaq və bu məqsədlə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) təqdim ediləcək. Bu hədəf dünya miqyasında iqlim dəyişikliyi ilə mübarizə üçün illik 2,4 trilyon dollar tələbini nəzərdə tutur, o cümlədən 1 trilyon dolları təmiz enerji investisiyalarına yönəldəcək.

Qeyd edək ki, tədbir başlandığı andan etibarən dünyanın gözü Azərbaycana-paytaxt Bakıya yönəlib.Dünyanın aparıcı media orqanları tədbirdə əldə olunan razılaşmaların həm iqtisadi, həm də ekoloji baxımdan böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər. 
 

Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il