Gündəm

Qlobal istiləşmə və iqlim dəyişikliyi indiki dövrün ən ciddi və təxirəsalınmaz problemlərindən biridir. Bu proses atmosferə buraxılan istixana qazlarının miqdarının artması nəticəsində temperaturun yüksəlməsi ilə əlaqədardır. Lakin bərpa olunan enerji mənbələrinin istifadəsinin artırılması, bu problemi yüngülləşdirə bilər. 

Bərpa olunan enerji təbii resurslardan alınan və təbiətə zərər vermədən təkrarən istifadəyə yarayan enerji növüdür. Bu enerji növləri təbiətin yenilənə bilən proseslərindən əldə edilir və bu səbəbdən qlobal iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynayır. 

Bəs bərpa olunan enerji mənbələrindən istifadənin artması üçün bu sahədə hansı  tədbirlər görülməlidir?

Crossmedia.az mövzu ilə bağlı Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun iqtisadi və siyasi coğrafiya şöbəsinin elmi işçisi  Nicat İmamverdiyevə müraciət edib.

Ekspert qlobal istiləşmə təhlükəsi barəsində məlumat verib. O qeyd edib ki, bu təhlükəsi barədə ilk dəfə 1981-ci ildə məlumat verilib:
“Atmosferdə karbon emissiyasının həcmi davamlı olaraq artığından 30 ildə baş vermiş və iqlim dəyişikliyi daha da sürətlənmişdir. Həmçinin, 2035-ci ilə qədər orta illik temperaturun 1.5°C-yə qədər yüksələcəyi gözlənilir. Beynəlxalq Enerji Agentliyinin (IEA) hazırladığı hesabata görə, temperaturun orta hesabla 1,5°C səviyyəsində sabitləşdirilməsi atmosferə atılan istixana qazlarının 2010-cu ilin 
səviyyəsinin yarısına, 2050-ci ildə isə sıfıra endirilməsi ilə mümkün olacaqdır”.

 Onun sözlərinə görə, bunun üçün dünyanın enerji ehtiyacının 11%-i günəş enerjisi hesabına təmin edilməlidir:
“Sənaye obyektlərindən, avtomobillərdən, xüsüsən də istilik və elektrik enerjisi istehsalında atmosfərə buraxılan istilik effekti yaradan qazların qarşısının alınması bərpa olunan təmiz enerji mənbələrinə və innovativtexnologiyalara keçidlə mümkündür. Buna sübut olaraq 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Fəlakət Riskinin Azaldılması ofisinin “Hava ilə əlaqəli fəlakətlərin humanitar dəyəri” adlı hesabatında 1995-2015-ci illərdə 6457 təbii fəlakətin 90%-i sel, fırtına, isti hava dalğası, quraqlıq və digər təbii fəlakətlər iqlim dəyişikliyindən yarandığı və 606 min insanın həyatını itirdiyi qeyd edə bilərik. Qlobal iqlim dəyişikliyinin digər bir sübütu kimi 1988-ci ildə Ümumdünya Meteorologiya Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı tərəfindən yaradılmış və İqlim dəyişikliyi üzrə hökumətlərarası panelin (IPCC) hazırladığı "Qlobal İstləşmə 1.5°C" hesabatını da qeyd edə bilərik. Bütün bunlar həyəcan təbili kimi dünya ölkələrini 2015-ci ildə “Paris Sazişi”ndə (COP21) istixana qazı emissiyalarının ən az 55%-ni istehsal edən 55 ölkə məcburi, digərləri könüllü  atmosferi çirkləndirən istilik effekti yaradan qazların həcminin azaldılması və temperatur limitinin sənaye öncəsi səviyyədən 1.5°C və ya maksimum 2°C-də saxlanılması öhdəliyini götürmüşdür”. 

Bu tələblərin davamı olaraq 2023-cü ildə COP28- Dubayda 130 ölkə bərpa olunan enerji mənbələrindən istifadənin 3 dəfə inkişafı və enerji səmərliyinin 2 dəfə artırılmasını qəbul etmişlər. Tərəflərin 29-cu konfransını keçirən ölkəmizdə də bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi əsas yer tutur:

“Statistika nəzər yetirdikdə dünyada bərpa olunan enerji hədəfi olan ölkələrin sayı 166, elektrik enerjisi sistemini 100% alternativ enerjiyə keçirməyi hədəfləyən ölkələrin sayı isə 36-dır. 65 ölkə 2050-ci ilə qədər elektrik enerjisinə olan tələbatını 100 faiz alternativ enerji ilə təmin  etməyi qarşısına məqsəd qoymuşdur”.

 Mütəxəsisin fikrincə, hökumətlər alternativ enerji mənbələrinin inkişaf etdirilməsi üçün yaşıl iqtisadiyyata keçid yönümlü siyasət aparılmalıdır:
“Bunlara müxtəlif sahələrdə təmiz enerjidən istifadə istiqamətində vergi güzəştləri ilə dəstək və ekoloji cəhətdən zərərli istehsal sahələrini bərpa olunan enerji mənbələrindən istifadəyə təşviq edən subsidiyalar aiddir. Qlobal istiləşmənin qarşısını almasında karbonsuzlaşma və bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi müəyyən ölkələr tərəfindən siyasi təsir vasitəsi kimi qəbul edilsə də, fərdi olaraq ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan qənaətlə istifadə müasir insanın ən əsas vəzifəsi olmalıdır.”

Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il