Gündəm

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub. Həmsöhbətlər bu görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə ediblər. Tərəflər arasındakı dialoq, sülh prosesini sürətləndirə bilərmi? ABŞ, Azərbaycan və Ermənistan arasındakı sülhə nə qədər maraqlıdır?

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-a açıqlamasında bildirib ki: “Azərbaycanla Ermənistan arasında ilin sonuna qədər sülhün imzalanması ABŞ administrasiyasının əsas strateji prioritetlərindəndir. Artıq ikinci dəfədir ki, ABŞ çalışır ki, Türkiyə Azərbaycanla danışsın, sülh müqaviləsi bağlansın və ABŞ bunu öz müsbət nəticəsi kimi təqdim etsin. Demokratiya tərəfdarları məğlub oldu və hakimiyyətə Tramp gəlir. Bu səbəbdən Biden administrasiyası sülh prosesində vasitəçilik etmək istəyir. Ermənistan COP29-da iştirak etmədi və hər hansı bir çərçivə sazişi də yoxdur. Lakin Azərbaycan yekun sülh müqaviləsinə maraqlıdır. Dekabrda Azərbaycanla Ermənistan arasında danışıqlar yenidən başlanacaq. Düşünürəm ki, imzalanacaq yekun sülh müqaviləsi Azərbaycanın siyasi maraqlarına uyğun şəkildə imzalanacaq”.

Nəticə olaraq, Azərbaycan üçün sülh prosesinin yekun nəticəsi, ölkənin milli maraqlarına tam uyğun şəkildə formalaşmalıdır. Azərbaycan, beynəlxalq dəstək və dialoqlar vasitəsilə sülh müqaviləsinin öz siyasi və strateji hədəflərinə xidmət etməsini təmin etməyə çalışır. ABŞ və digər güclü beynəlxalq aktorların sülh prosesinə müdaxiləsi, Azərbaycanın mövqeyini gücləndirə və regionda sabitliyin təmin olunmasına töhfə verə bilər. Lakin yekun sülh müqaviləsi yalnız Azərbaycanın suverenlik, ərazi bütövlüyü və təhlükəsizlik maraqlarına uyğun şəkildə imzalanarsa, bu, həm bölgə, həm də dünya üçün uzunmüddətli sülh və sabitlik vəd edə bilər.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il