Ərdoğan: Misir yaxın zamanda imzalanan Məkkə sazişinə qoşula bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin yaxın zamanda imzalanmış Məkkə sazişinə qoşula biləcəyini bildirib.
Crossmedia.az “Al Jazeera” telekanalına istinadən xəbər verir.
Ərdoğan qeyd edib ki, sazişə digər ölkələrin də qoşulması mümkündür və Misirin adı potensial iştirakçılar sırasında çəkilir.
Məkkə sazişi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə əməkdaşlığını nəzərdə tutur. Sənədə əsasən, tərəflərdən birinə hücum digərlərinə qarşı təhdid kimi qiymətləndirilir.
Ərdoğan bildirib ki, bu təşəbbüs regionda təhlükəsizlik əməkdaşlığını gücləndirmək məqsədi daşıyır.
Qeyd edək ki, Misir də regionda təhlükəsizlik və diplomatik təşəbbüslərdə Türkiyə, Səudiyyə Ərəbistanı və digər ölkələrlə əməkdaşlıq edir.
22:45 15.08.2026
Oxunuş sayı: 48