Ukraynanın enerji sistemi risk altındadır - Ekspert açıqladı
Ukrayna Silahlı Qüvvələrinin zabiti və biznesmen Andrey Onistrat bildirib ki, Rusiya ordusu oktyabr-noyabr aylarında Ukraynadakı istilik elektrik stansiyalarına (İES) zərbələr endirə bilər.
Crossmedia.az xəbər verir ki, Onistrat Anna Maksimçukun aparıcılığı ilə “Naspravdi MAX” podkastında çıxışı zamanı deyib ki, istilik elektrik stansiyalarını Rusiya hücumlarından fiziki olaraq tam qorumaq mümkün deyil.
Onun sözlərinə görə, Ukrayna ən pis ssenariyə hazırlaşmalıdır. Bu ssenariyə əsasən, qış aylarında elektrik enerjisi və istilik təchizatı ilə bağlı problemlər yarana bilər.
Onistrat əvvəlcədən generator, invertor və yanacaq ehtiyatı hazırlamağı tövsiyə edib. O qeyd edib ki, noyabr-yanvar aylarında günəş panellərinin səmərəliliyi aşağı ola bilər.
Zabit ən çətin dövrün noyabr, xüsusilə isə dekabr ayları ola biləcəyini bildirib. O, ərzaq və digər zəruri məhsulların təxminən iki aylıq ehtiyatının oktyabr ayına yaxın hazırlanmasını məsləhət görüb.
22:22 15.08.2026
Oxunuş sayı: 43