"İmişli" Azərbaycanın U-20 millisinin üzvü Ayxan Abbaszadəni heyətinə qatıb
20 yaşadək Azərbaycan millisinin futbolçusu Ayxan Abbaszadə "İmişli" klubuna keçib.
Crossmedia.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Gənc qapıçı ilə 2+1 illik müqavilə imzalanıb.
Peşəkar karyerasına "Turan Tovuz"da başlayan U-20 millisinin üzvü 8 il bu klubun formasını geyinib.
20:19 12.08.2026
Oxunuş sayı: 37