Xaricdən gələn 3 milyon rubl: Yabloko işi böyüyür
Rusiya Ali Məhkəməsi “Yabloko” partiyasının siyasi fəaliyyəti üçün xaricdən təxminən 3 milyon rubl vəsait aldığını müəyyən edib.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir.
Məhkəmə qərarında qeyd olunur ki, vəsait partiyanın kontragentləri tərəfindən xaricdən köçürülüb.
Məhkəmə bu faktı partiyanın seçkilərdən kənarlaşdırılması ilə bağlı qərarında əsaslandırmalardan biri kimi göstərib.
19:10 12.08.2026
Oxunuş sayı: 38