Zelenski: Ukrayna bu il 745 kvadratkilometr ərazini azad edib
Ukrayna Prezidenti Volodimir Zelenski ilin əvvəlindən ölkə ordusunun 745 kvadratkilometr ərazini azad etdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Aleksandrovsk istiqamətində keçirilən hücum əməliyyatı nəticəsində Dnepr, Donetsk və Zaporojye vilayətlərində 26 yaşayış məntəqəsi Ukrayna qüvvələrinin nəzarətinə keçib.
Zelenskinin açıqlamasına görə, əməliyyat çərçivəsində Ukrayna ordusu bir sıra ərazilərdə mövqelərini genişləndirib.
18:10 12.08.2026
Oxunuş sayı: 42