Putin Sakit Okean Donanmasının təlimlərində bir sıra açıqlamalar verib
Rusiya Prezidenti Vladimir Putin Sakit Okean Donanmasının təlimləri zamanı Asiya-Sakit okean və Arktika regionlarında gərginliyin artdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Putin Sakit Okean Donanmasının dəniz piyadalarının istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olduğunu deyib.
Rusiya lideri Yaponiyanın Rusiyaya qarşı “təhrik edilməmiş” sanksiyalar tətbiq etdiyini və Moskvanın Tokioya qarşı heç bir iddiasının olmadığını bildirib.
Putin həmçinin Qərb ölkələrinin Rusiya ticarət gəmilərinin hərəkətini məhdudlaşdırmaq cəhdlərini beynəlxalq dəniz hüququnun pozulması kimi qiymətləndirib. O, Rusiya gəmilərinin ələ keçirilməsi halında Moskvanın buna istənilən akvatoriyada, o cümlədən Sakit okeanda güzgü prinsipi ilə cavab verəcəyini söyləyib.
Putin Qərbin Rusiya gəmilərini ələ keçirmək planlarını isə “piratlıq və quldurluq” adlandırıb.
13:24 12.08.2026
Oxunuş sayı: 41