Aqrar sektora 146,5 milyon manat güzəştli vəsait ayrılıb
Bu ilin yanvar-iyul aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) müvəkkil kredit təşkilatları vasitəsilə aqrar sahədə çalışan hüquqi və fiziki şəxslərdən daxil olmuş 3922 müraciət üzrə 66,5 milyon manat güzəştli kredit və lizinq vəsaiti ayırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə qurumməlumat yayıb.
Bundan başqa, məlumata görə, 7 ayda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların alışının maliyyələşdirilməsi üçün 4 486 müraciət daxil olub. Bu müraciətlər üzrə 80 milyon manat güzəşt vəsaiti ayrılıb. Ayrılan vəsait suvarma sistemləri dəsti və avadanlıqlarının, həmçinin ümumilikdə 6 987 ədəd kənd təsərrüfatı texnikasının alınmasına yönəldilib. Bunların tərkibinə 37 kombayn, 1 510 traktor və 5 440 ədəd digər texnika daxildir.
13:12 12.08.2026
Oxunuş sayı: 38