"Şəfa" 4 gənc futbolçunu heyətinə cəlb edib
"Şəfa" klubu 4 gənc futbolçunu heyətinə cəlb edib.
Bu barədə Crossmedia.az-a klubdan bildirilib.
Bakı təmsilçisi 19 yaşlı qapıçı Ayxan Əlizadə, 20 yaşlı müdafiəçi Nurhan Abdıyev, 19 yaşlı yarımmüdafiəçi Eltun Babazadə və 20 yaşlı vinger Elmar Məmmədovla anlaşma əldə edib.
Qeyd edək ki, A.Əlizadə, E.Babazadə və E.Məmmədovla müqavilənin müddəti 2, N.Abdıyevlə isə 1 illikdir.
12:23 12.08.2026
Oxunuş sayı: 36