Putin: Qərb Rusiya gəmilərini ələ keçirsə, Moskva cavab verəcək
Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Rusiya ticarət gəmilərini ələ keçirməsi halında Moskvanın buna cavab verəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Putin belə hallarda Rusiyanın qarşı tərəfin addımlarına güzgü prinsipi ilə cavab verəcəyini deyib.
Onun sözlərinə görə, Rusiya öz ticarət donanmasının maraqlarını və təhlükəsizliyini qorumaq üçün müvafiq tədbirlər görəcək.
12:07 12.08.2026
Oxunuş sayı: 40