Bəşər Əsəd Dəməşqdə ölüm cəzasına məhkum edilib
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Dəməşqdə keçirilən məhkəmədə qiyabi olaraq ölüm cəzasına məhkum edilib.
Crossmedia.az xəbər verir ki, “Al Jazeera” bu barədə məlumat yayıb.
Məhkəmə Əsədi ölkədəki vətəndaş müharibəsi zamanı törədilmiş cinayətlərdə təqsirli bilib.
Məlumata görə, Əsəd qəsdən adam öldürmə, işgəncə, qanunsuz həbslər və insanlıq əleyhinə cinayətlər, o cümlədən uşaqların öldürülməsi ilə bağlı ittihamlar üzrə təqsirli bilinib.
Qeyd edək ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrildikdən sonra Suriyanı tərk edərək Moskvaya gedib. Buna görə məhkəmə prosesi onun iştirakı olmadan keçirilib.
13:48 11.08.2026
Oxunuş sayı: 44