Tramp Türkiyədən gizli hərbi təyyarə ilə qayıdıb
ABŞ Prezidenti Donald Trampın NATO sammitindən sonra Ankaradan Vaşinqtona qayıdarkən İranın mümkün sui-qəsd təhlükəsinə görə prezident təyyarəsindən deyil, başqa hərbi təyyarədən istifadə etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “The Washington Post” bu barədə məlumat yayıb.
Nəşrin əldə etdiyi məlumata görə, Trampın Ankaradan qayıdışı elə təşkil edilib ki, onun prezident təyyarəsində olmadığı barədə məlumat ictimaiyyətə və hətta Ağ Ev əməkdaşlarının bir qisminə məlum olmasın.
Məlumata görə, Tramp təyyarəyə mindikdən sonra gizli şəkildə sərnişin təyyarələrinə yemək çatdırmaq üçün istifadə olunan xüsusi yük maşınına keçirilib. Daha sonra həmin maşınla daha kiçik hərbi-nəqliyyat təyyarəsinə aparılıb və Tramp Türkiyəni həmin təyyarə ilə tərk edib.
Ağ Ev əməkdaşları və media nümayəndələri isə prezident təyyarəsində geri qayıdıblar. Nəşr bu tədbirlərin Trampa qarşı mümkün sui-qəsd təhlükəsi ilə bağlı olduğunu bildirib.
11:13 11.08.2026
Oxunuş sayı: 44