Çin avtomobillərinin servislərə müraciəti artıb
Rusiyada Çin istehsalı avtomobillərin sahiblərinin servis mərkəzlərinə müraciətlərinin sayının ən azı 6 dəfə artdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.
Məlumata görə, "Haval", "Chery", "Geely", "Changan", "Exeed", "Omoda" və "Jetour" markalı avtomobillərdə mühərrik və yanacaq sistemləri ilə bağlı nasazlıqlar qeydə alınır.
Bildirilib ki, problemlərin səbəbi kimi Rusiya bazarında istifadəsinə icazə verilən "Avro-2" yanacağının bəzi müasir mühərriklərə uyğun olmaması göstərilir.
Servis mərkəzlərinə müraciətlərin həftədə 1-2 dəfədən 7-10 dəfəyə qədər artdığı, təmir xərclərinin isə təxminən 10-15 min rubl təşkil etdiyi qeyd olunur.
17:37 07.08.2026
Oxunuş sayı: 42