Rusiya Ukrayna üzrə şərtini açıqladı
Rusiya Qərbin yetkin və konstruktiv yanaşması olacağı təqdirdə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara hazırdır.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin müsahibəsinə istinadən məlumat yayıb.
Qaluzin bildirib ki, Moskva Ukrayna məsələsi üzrə danışıqların aparılmasına açıqdır. Onun sözlərinə görə, bunun üçün Qərb ölkələri vəziyyətə yetkin və konstruktiv yanaşma nümayiş etdirməlidir.
10:59 04.08.2026
Oxunuş sayı: 56