Ukraynanın enerji sektoruna qış ərəfəsində 650 milyon avro çatışmır
Ukraynanın enerji sektorunun qarşıdan gələn çətin qış mövsümünə hazırlaşması üçün əlavə 650 milyon avro maliyyəyə ehtiyacı var.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Koretski açıqlama verib.
Onun sözlərinə görə, Ukraynanın Enerjiyə Dəstək Fondu indiyədək 2 milyard avrodan çox vəsait toplayıb. Bununla belə, hökumət hesab edir ki, mövcud resurslar enerji infrastrukturunun qış mövsümünə tam hazırlanması üçün kifayət etmir.
Baş nazir bildirib ki, bu səbəbdən enerji sektorunun ehtiyaclarının qarşılanması üçün əlavə 650 milyon avro maliyyənin cəlb olunmasına ehtiyac var.
10:56 04.08.2026
Oxunuş sayı: 54