Seutaya üzərək keçməyə çalışan azı 71 miqrant həlak olub
İspaniyanın muxtar Seuta şəhərinə üzərək keçməyə çalışan azı 71 miqrant həlak olub.
Crossmedia.az xəbər verir ki, “EFE” bu barədə məlumat yayıb.
Məlumata görə, miqrantlar üzərək Seutaya çatmağa cəhd edərkən faciə baş verib.
“Cadena SER” radiosunun məlumatına əsasən isə, İspaniya hakimiyyəti 74 nəfərin meyitini aşkar edib.
14:15 02.08.2026
Oxunuş sayı: 64