Ukrayna Azərbaycana humanitar yardıma görə təşəkkür edib
Ukraynanın Energetika Nazirliyi Azərbaycana enerji avadanlıqlarından ibarət humanitar yardım göstərdiyinə görə təşəkkürünü bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilib.
Məlumata görə, Azərbaycan tərəfindən Ukraynaya 40 ton enerji avadanlığı göndərilib. Humanitar yükə güc transformatorları və ehtiyat elektrik stansiyaları daxildir.
Qeyd olunub ki, avadanlıqlar atəş nəticəsində zərər görmüş mülki enerji infrastrukturunun operativ şəkildə bərpası üçün istifadə ediləcək.
15:45 30.07.2026
Oxunuş sayı: 40