Odessa yaxınlığında azərbaycanlı dənizçilərin olduğu daha bir gəmi hücuma məruz qalıb
Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu daha bir yük gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Azərbaycanlı dənizçilərə dəstək” ictimai birliyi bu barədə məlumat yayıb.
Məlumata görə, bu gün səhər saatlarında “ATA-2” (IMO 9387669) quru yük gəmisi üç pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. “Albatros Corporation” şirkətinə məxsus olduğu bildirilən gəmi ciddi zədələnib və hazırda Rumıniya sahilləri istiqamətində hərəkət edir.
Bildirilib ki, ekipaj 13 nəfərdən ibarətdir. Onlardan biri Türkiyə, 12-si isə Azərbaycan vətəndaşıdır.
İlkin məlumata əsasən, hadisə nəticəsində həlak olan və ya xəsarət alan yoxdur.
15:11 30.07.2026
Oxunuş sayı: 35