SEPAH: İordaniyadakı ABŞ bazasında F-35 qırıcıları vurulub
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ hərbi bazasına raket zərbəsi endirdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, "Tasnim" bu barədə SEPAH-ın yaydığı 55 saylı bəyanata istinadən məlumat yayıb.
Bəyanatda bildirilir ki, ABŞ-ın Qəşm adasında yaşayış evlərinə endirdiyi hava zərbələrinə cavab olaraq İordaniyanın Əl-Əzraq aviabazasındakı F-35 qırıcılarının yerləşdiyi sahə ballistik raketlərlə hədəfə alınıb.
SEPAH iddia edir ki, hücum nəticəsində üç F-35 qırıcısı tamamilə məhv edilib, daha üç təyyarəyə ciddi ziyan dəyib. Bəyanatda həmçinin hücum zamanı ABŞ ordusunun bir neçə zabit və texniki heyət üzvünün öldürüldüyü də irəli sürülür.
SEPAH əlavə edib ki, bölgədən sonuncu ABŞ hərbçisi çıxarılana qədər mübarizəni davam etdirəcək.
14:48 30.07.2026
Oxunuş sayı: 50