İranda iki neft-kimya şirkətləri arasındakı 15 illik mübahisə başa çatıb
İranda "Petroşimi Məhr" və "Petroşimi Cəm" şirkətləri arasında uzun müddətdir davam edən hüquqi proses yekunlaşıb.
Crossmedia.az xəbər verir ki, "Tasnim" bu barədə məlumat yayıb.
İranın əmək naziri bildirib ki, 15 il davam edən məhkəmə işi davamlı izləmələrdən sonra məhkəmə qərarının icrası ilə başa çatıb.
Nazirin sözlərinə görə, "Petroşimi Məhr"də çalışan işçilər gələn həftədən etibarən "Petroşimi Cəm" şirkəti ilə müqavilə bağlayacaqlar. İşçilərin maaş və digər ödənişlərinin verilməsində hər hansı fasilənin olmayacağı qeyd olunub.
13:46 30.07.2026
Oxunuş sayı: 43