Rusiyada Dövlət Duması seçkiləri üçün 11 partiyanın siyahısı qeydə alınıb
Rusiyanın Mərkəzi Seçki Komissiyası Dövlət Dumasına seçkilərdə iştirak edəcək bütün 11 siyasi partiyanın federal namizəd siyahılarını qeydə alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qeydiyyatdan keçən partiyalar arasında "Yedinaya Rossiya", Rusiya Kommunist Partiyası (KPRF), Liberal Demokrat Partiyası (LDPR), "Novıye lyudi", "Ədalətli Rusiya", "Yabloko", Pensiyaçılar Partiyası, "Rusiya Kommunistləri", Yaşıllar Partiyası, "Rodina" və Birbaşa Demokratiya Partiyası yer alıb.
Bildirilib ki, bununla da seçkilərdə iştirak üçün namizəd siyahılarını təqdim edən bütün partiyaların qeydiyyatı tamamlanıb.
12:27 30.07.2026
Oxunuş sayı: 45