ABŞ Senatı Rusiyaya qarşı sanksiyalar paketini irəli aparıb
ABŞ Senatı Rusiyaya qarşı sərt sanksiyalar nəzərdə tutan qanun layihəsinin müzakirəsinin davam etdirilməsinə razılıq verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, qanun layihəsinin müzakirəsinə başlanmasını 84 senator dəstəkləyib, 12 senator isə əleyhinə səs verib.
Səsvermənin nəticələrinə əsasən, sənəd üzərində iş davam etdiriləcək və növbəti mərhələdə qanun layihəsi yekun səsverməyə çıxarıla bilər.
11:21 30.07.2026
Oxunuş sayı: 36