Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib
Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 29-da avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib.
Crossmedia.az-ın məlumatına görə, Bakı bulvarında, Su İdman Növləri Federasiyasının qarşısında ("Suraxanı" gəmi-muzeyinin yaxınlığında) baş tutan çempionatda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən qüvvəsini sınayıb.
İştirakçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafədə mübarizə aparıblar.
Bundan başqa, iştirakçılar ilk dəfə qarışıq növdə (mix) də yarışıblar.
Qaliblər diplom və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, ölkədaxili yarışların keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsinin yoxlanılması və onlar arasında rəqabətin gücləndirilməsidir.
11:11 30.07.2026
Oxunuş sayı: 52