ABŞ İrana yeni zərbələr endirib
ABŞ İranın bir sıra şəhər və adalarında yerləşən hərbi obyektlərə yeni hava zərbələri endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumata görə, zərbələr Buşehr şəhərinə, eləcə də Keşm, Kiş adalarına, Bəndər-Abbas, Nuşəhr, Sirik və Nər-Abbas bölgələrinə endirilib.
Bildirilib ki, Keşm adasında raket zərbəsi yaşayış evinə dəyib. Yerli KİV-in məlumatına əsasən, dağıntılar altında iki nəfərin qaldığı bildirilir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hədəflər arasında hərbi komanda mərkəzləri, raket və pilotsuz uçuş aparatları obyektləri, sahil mühafizəsi və müdafiə infrastrukturunun, həmçinin dəniz obyektlərinin olduğunu açıqlayıb.
09:28 30.07.2026
Oxunuş sayı: 47