Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib
Azərbaycanın qadın güləşçisi Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.
Crossmedia.az-ın məlumatına görə, 53 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində israilli Sela Rozovu 11:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
11:17 30.07.2026
Oxunuş sayı: 40