"Qarabağ" Bolqarıstanda ÇSKA ilə qarşılaşacaq
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab görüşlərinə bu gün start veriləcək.
Crossmedia.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ" Bolqarıstanda ÇSKA-nın qonağı olacaq.
Sofiyadakı "Vasil Levski" arenasında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatıb.
09:46 30.07.2026
Oxunuş sayı: 62