Rusiya Ukraynada hərbi obyektləri vurub
Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev, Lvov və daha beş vilayətində yerləşən hərbi aerodromlara, telekommunikasiya və logistika mərkəzlərinə zərbələr endirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, gecə saatlarında “Yujnıy” limanında yerləşən bir yük gəmisi, eləcə də dənizdə hərəkətdə olan daha iki yük gəmisi də vurulub.
Məlumata görə, əməliyyat zamanı hərbi təyinatlı obyektlər hədəf alınıb. Ukrayna tərəfi isə bu məlumatlarla bağlı hələlik rəsmi açıqlama verməyib.
09:10 30.07.2026
Oxunuş sayı: 45