Rusiya: Sum vilayətində Ukrayna hərbçiləri məhv edilib
Rusiya təhlükəsizlik qurumları Sum vilayətində Ukrayna hərbçilərinin irəliləməyə cəhdi zamanı məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Məlumata görə, Ukrayna hərbçiləri Sadki yaşayış məntəqəsindən Moqritsa istiqamətində hərəkət etməyə cəhd göstəriblər. Rusiya tərəfi iddia edir ki, həmin ərazi artıq onların nəzarətinə keçib və irəliləyən qrup zərərsizləşdirilib.
Rusiya təhlükəsizlik strukturlarının məlumatına əsasən, radio danışıqlarının dinlənilməsi zamanı Ukrayna bölməsinin komandanlığının cəbhədəki vəziyyət barədə dəqiq məlumata malik olmadığı müəyyən edilib. İddia olunur ki, komandanlıq qərar qəbul edərkən açıq mənbələrdə yayılan məlumatlara əsaslanıb.
10:03 30.07.2026
Oxunuş sayı: 56