Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub
Bu il magistraturaya qəbul üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i (78,41 %-i) dolub.
Crossmedia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, ümumilikdə 23 ali təhsil müəssisəsində plan yerlərinin 70 %-dən çoxu dolub:
"Onlardan 7-də qəbul göstəricisi 90 faizdən yuxarıdır. Qəbul proqramları üzrə də oxşar mənzərə müşahidə olunur. 45 proqram üzrə plan yerlərinin 70 faizdən çoxu, 8 proqram üzrə isə bütün plan yerləri dolub. Qəbul olunanların qeydiyyatı başa çatdıqdan sonra hazırda boş qalan 3 813 plan yeri, eləcə də qeydiyyatdan keçməyən bakalavrlar səbəbindən boş qalan yerlərlə bağlı ayrıca məlumat paylaşacağıq. Həmin yerlər üzrə yenidən müsabiqə keçiriləcək".
11:02 30.07.2026
Oxunuş sayı: 50